15 Oktyabr 2019 12:38
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda qadının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub. O, zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi “Wolkswagen” markalı avtomobilin altına düşərək hadisə yerində ölüb.

Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi, Nəqliyyatda Baş Polis İdarəsi və Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Kia” markalı avtomobilin sürücüsü Gədəbəy rayon sakini Z.Abbasov saxlanılıb.

Z.Abbasovun Cinayət Məcəlləsinin 263 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə axtarışda olduğu müəyyən olunub.


Müəllif: Hacı Zeynalov