16 Oktyabr 2019 00:42
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Xəzər rayonunda pişik dərinliyi 19 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına gələrək pişiyi su quyusundan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com