16 Oktyabr 2019 12:11
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanın Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 15-də orada ölüb.

Faktla bağlı Babək rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov