17 Oktyabr 2019 12:57
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub.

Nəticədə N.Bağırovun sərnişinlərindən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov