19 Oktyabr 2019 00:17
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsi ərazisində yerləşən "Seyid" marketin yaxınlığında qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Kərimova İsminaz Xudayar qızı yolu keçmək istəyərkən maşın vurub.

O, sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı rayon polis idarəsində cinayət işi qaldırılıb.


Müəllif: Teleqraf.com