19 Oktyabr 2019 16:10
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftə əvvəl Hacıqabuldan Şirvan şəhərinə qonaq gələn gənc qadın itkin düşüb.

DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Hacıqabul rayon sakini Əslanə Ablıyeva oktyabr ayının 12-də Şirvan şəhərində qonaq gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şirvan sakini Günay Novruzova da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkillərdə gördüyünüz hər şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Müəllif: Teleqraf.com