20 Oktyabr 2019 01:59
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Qasımbəyli kəndində qeydə alınıb.

Rayon sakini, 1996-cı il təvəllüdlü Süleymanov Hikmət Elmidar oğlu idarə etdiyi "Mercedes"markalı minik avtomobilini yol kənarına aşırıb. Hadisə nəticəsinə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya sol aşağı ətrafın yer dəyişmiş açıq sınıgı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report