20 Oktyabr 22:42
406

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb. Qəzada “Mersedes” markalı avtomobilə ciddi ziyan dəyib.

Yol hadisəsi Fətəli Xan Xoyski küçəsində tıxaca səbəb olub.

Hadisə yerinə DYP əməkaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report