21 Oktyabr 12:12

Bərdə rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsinə müraciət edən M.Hüseynov oktyabrın 20-də saat 19 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 286 manatını almasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini S.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov