21 Oktyabr 13:47
201

Bakının Binəqədi rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov