21 Oktyabr 14:49
229

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş verən ağır yol qəzası barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sabirabad rayon polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, Z.Abuşova rayon ərazisindəki yanacaqdoldurma məntəqəsində xadimə işləyib və evə gedərkən bədbəxt hadisə ilə üzləşib.


Müəllif: Hacı Zeynalov