17 Sentyabr 2014 12:40
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycan Demokrat Pariyasının (ADP) qərargahında "Demokratiyanın vəziyyəti" mövzusunda konfrans keçirilir. Teleqraf.com xəbər verir ki, müxalifətdən Milli Şura üzvləri və hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının nümayəndələri konfransa iştirak etmirlər.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu çıxışında bildirib ki, bir çox partiyalara dəvətlər göndərilsə də, onlar konfransa qatılmaqdan imtina ediblər.

Konfransda Müsavat Partiyasının başqanı İsa Qəmbər məruzə ilə çıxış edib. O, beynəlxalq təşkilatları tənqid edib. Deyib ki, beynəlxalq təşkilatlar üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər. Müsavat başqanı Rusiyaya qarşı da tənqidi çıxışlar edib.

“Vəhdət” Partiyasının sədri Tahir Kərimli çıxışında müxalifəti qabiliyyətsizlikdə ittiham edib. “Niyə xalq sizi dəstəkləmir? Ya xalq müdrik deyil, ya da müdrikdirsə, niyə sizi dəstəkləmir? Niyə indiyədək heç bir lider demir ki, mən hakimiyyətə gəlsəm, siyasi sabitliyi bərpa edəcəm. Niyə boyun olmurlar? Hərdən çaşıb mən də özümü müxalifətə aid edirəm. Məni iqtidarın adamı adlandırırlar. Buna görə qorxumdan “feysbuk”a girə bilmirəm”.

Nemət


Müəllif:

Oxşar xəbərlər