21 Oktyabr 23:58

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Sürücü İsayev Eynulla Babaxan oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1949-cu il təvəllüdlü Mikayılova Pəri Məlik qızını vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.


Müəllif: Teleqraf.com