22 Oktyabr 09:21

Xəzər dənizində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla oktyabrın 22-si saat 00:57-də Qala stansiyasından 152 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.8, dərinliyi 53 km olan zəlzələ hiss olunmayıb.


Müəllif: Teleqraf.com