22 Oktyabr 13:09
248

Bakının Binəqədi rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daha bir yol qəzası Xətai rayonunda qeydə alınıb.

Rayonunun Zığ Yolu küçəsində Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Aygün Babayevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov