23 Oktyabr 12:42
208

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 22-də saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyev və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.

Ə.Verdiyev orada ölüb.

Hadisə ilə bağlı xəstəxanadan Nizami (Gəncə) rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Qədən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov