23 Oktyabr 14:09
1 467

Daxili İşlər Nazirliyi məmurun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 22-də saat 22 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini İbrahim Abbasov idarə etdiyi “DAF” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Zöhrab Qocamanovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Zöhrab Qocamanov Tərtər Rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kənd Ərazi İcra Nümayəndəliyinin rəhbəridir.


Müəllif: Hacı Zeynalov