24 Oktyabr 00:13

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Bakı-Mərdəkan avtomobil yolunda 1953-cü il təvəllüdlü Rüstəmov Aqil Əli oğlu idarə etdiyi "Jeep Wrangler" markalı 90 VV 551 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən 40-45 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, hazırda meyitin şəxsiyyəti müəyyən edilir.


Müəllif: Teleqraf.com