Bakıda orta yaşlı kişi dəm qazından zəhərlənib ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 28, mənzil 1-də yaşayan, 1962-ci il təvəllüdlü Tağıyev Etibar Abdulla oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı cinayət işi başlanıb.