2 Noyabr 2019 17:44
296

Bərdədə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bərdə rayonunun Mollalı kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com