4 Noyabr 2019 12:25
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi baş verən bir neçə yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 3-də saat 2 radələrində Qobustan şəhəri ərazisində Balakən rayon sakini Nurəddin Hetayev idarə etdiyi “Mercedes-Vita” markalı avtomobili yol ayırıcısına vuraraq aşırıb.

Nəticədə sürücü və sərnişinlərindən Paşa Papaxov hadisə yerində ölüb, digər 6 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Daha bir yol qəzası Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində baş verib.

Noyabrın 2-də saat 19 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Oğuz rayon sakini Ş.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Dəllər qəsəbə sakini Rauf Hüseynovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oşxar hadisə Şirvan şəhərində də baş verib.

Noyabrın 2-də saat 19 radələrində Şirvan şəhərinin M.Mirzəyev prospektində şəhər sakini E.Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Əlisafa Zeynalovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daha bir qəza İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində qeydə alınıb.

Şəki rayon sakini P.Vahabov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İfadə Rəhimovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Kürdəmir rayonunda da ölümlə nəticələnən qəza qeydə alınıb.

Noyabrın 2-də saat 20 radələrində Kürdəmir şəhərinin H.Əliyev prospektində N.Kərimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini Şahin Yusifovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bütün faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov