4 Noyabr 2019 20:58
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərinin Corat qəsəbəsi yaxınlığında dənizdə (sahildən təxminən 1 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib, qayıq isə yedəyə alınaraq sahilə gətirilib.


Müəllif: Teleqraf.com