4 Noyabr 2019 22:00
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 35 yaşlı şəxs itkin düşüb.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Rayonun Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 28, mənzil 26-da yaşayan Heydərova Bahar İdris qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan və qeyri-rəsmi münasibətdə olan 1984-cü il təvəllüdlü Gülməmmədov Cavid Valeh oğlu oktyabrın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com