5 Noyabr 2019 12:32
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu və Binəqədi rayonlarında yanğınlar olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Binəqədi rayonunda isə ümumi sahəsi 97 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com