6 Noyabr 2019 00:46
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tananımış müğənninin ailəsinə qarşı dələduzluq edilib.

Teleqraf.com Xəzərxəbərə-ə istinadla xəbər verir ki, söhbət Əməkdar artist Elza Seyidcahandan gedir.

Müğənninin sözlərinə görə, hadisə 4 il əvvəl baş verib. Müğənninin anası Seyidcahan Abşeron rayon, Xırdalan şəhərində özlərinə məxsus torpaq sahəsini satıb üç qızına ev almaq istəyib. Özünü ev alqı-satıqısı ilə məşğul olan kimi tanıdan şəxslər müğənninin anasına deyiblər ki, "bizə torpaq sahəsini ver, əvəzinə sənə və qızlarına üç ev verək". Elza Seyidcahan deyir ki, anası onların bu təklifinə razılıq verib. Özünü Rasim kimi tanıdan həmin şəxslərdən biri qadına sənədsiz üç villa göstərib ki, əvəzində bu evləri verəcəklər.

Qadın onların hər dəfə yalan vədlər verdiyini və aldadıldığını başa düşdükdən sonra bu barədə qızı Elza Seyidcahana məlumat verib.

Əməkdar artist Elza Seyidcahan məsələ ilə bağlı dərhal polisə məlumat verib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları şübhəli kimi Rasim Məmmədov və daha iki nəfəri saxlayıblar. Müğənni deyir ki, saxlanılan şəxslər polis idarəsində ona söz veriblər ki, bir ay ərzində anasının ya evini, ya da pulunu geri qaytaracaqlar.

Elza Seyidcahan iddia edir ki, onların bu əməlindən sonra anası və bacıları evsiz qalıb, kirayədə yaşayırlar.

Nəsimi Rayon Polis İdarəsindən isə bildirildi ki, faktla bağlı 21-ci polis bölməsində təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər