7 Noyabr 2019 10:22
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamalda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirirən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, rayonun Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qarşı soyğunçuluq edilib.

Naməlum şəxs qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartıb götürməklə hadisə yerindən qaçıb.

Zərərçəkən bu barədə polisə məlumat verdən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyini boyunbağını satdığını bildirib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi və Elşən Qorxlarovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Yasamal rayon Polis İdarəsi etmələri xahiş olunur.


Müəllif: Hacı Zeynalov