7 Noyabr 2019 13:12
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.

Nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov