Bakının Suraxanı rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 500 manat və 2 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Bünyatova saxlanılıb.
Y.Bünyatova əvvəllər dəfələrlə məhkum olunub.