8 Noyabr 2019 09:31
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və yaxınlıqdakı ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com