8 Noyabr 2019 14:02
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda yaşayış evinə maskalı basqın edilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırılmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib, pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər