Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən iki sürücü barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqrafnın Noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Ləman İsmayılova vurulub. O, xəstəxanaya yerləşdirilib.
21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayon sakini M.İsmayılov saxlanılıb.
Bundan başqa, noyabrın 1-də Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.