9 Noyabr 2019 13:59
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 529-a çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın rəsmi dövlət informasiya agentliyi İRNA-ya Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

Qeyd edilib ki, 30-dan çox adam müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl fövqəladə hadisə nəticəsində 5 nəfərin öldüyü, 312 nəfərin yaralandığı açıqlanmışdı.

Noyabrın 8-də Təbriz şəhərindən 118 km məsafədə 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Sonradan dəqiqləşdirilmiş məlumatlara görə, təkanların gücü 5,9 bal olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər