10 Noyabr 2019 08:34
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Mehdiabad qəsəbəsində baş verib.

Avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Rüstəmov Məhərrəm İxtiyar oğlunu vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com