Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Teleqraf.com Report-a istinadla xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar. Onların arasında vəziyyəti ağır olanlar var.
Faktla bağlı araşdırma aparılır.