Goranboy rayonunda hədə-qorxu yolu ilə bir nəfərin avtomobili alınıb.
Teleqraf.com xəbər verir ki, Goranboy rayon polis şöbəsinə müraciət edən Samux rayon sakini E.Avazov noyabrın 9-da Dəliməmmədli şəhərinin ərazisində naməlum şəxsin hədə-qorxu gələrək onun “VAZ-2109” markalı avtomobilini almasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 11-də Gəncə şəhəri ərazisində tapılıb.
Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Dəliməmmədli şəhər sakini M.Əkbəri saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.