12 Noyabr 2019 14:29
492
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçay rayonunda soyğunçuluq olub.
Teleqraf.com xəbər verir ki, Göyçay rayon polis şöbəsinə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev noyabrın 9-da axşam saatlarında şəhər ərazisində 2 nəfərin onu bıçaqla hədələyib, 120 manatını, mobil telefonunu və qol saatını almalarını bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov saxlanılıblar.

Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər