13 Noyabr 2019 14:43
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.İsmayılov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Firuz Məmmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov