13 Noyabr 2019 16:19
2 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız əməllərə cəlb etməkdə təqsirli bilinən Rita Babarəhimovanın cinayət işi üzrə ibtidai istintaq baş çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 21-nə təyin edilib.

İttihama görə, Rita Babarəhimova yetkinlik yaşına çatmayan qızları kişi müştərilərlə görüşmələrinə şərait yaradıb. Bunun müqabilində gəlir əldə edib.

İstintaq orqanı tərəfindən Rita Babarəhimovanın barəsində Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə yetkinlik yaşına çatmayan 5 qız zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov