17 Noyabr 2019 14:27
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində baş verən qəzada “QAZ 24” markalı avtomaşınla “QAZel” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində “QAZ 24” sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com