17 Noyabr 2019 21:44
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə Mirzəxan kəndində baş verib.

"Vaz-21011" və "Vaz-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar ismaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanlardan birini vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com