Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Zabrat qəsəbəsində 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadə kirayədə yaşadığı həyat yoldaşı Afərim Mahmudovanı boğaraq öldürüb.
Cinayəti törətməkdə şübhəli bilinən Dönməx Cəmşidzadə həbs edilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.