18 Noyabr 14:40

Daxili İşlər Nazirliyi paytaxtın Xəzər rayonunda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov