20 Noyabr 2019 13:59
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Maqov kəndi ərazisində T.Qurbanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abaylı kənd sakini Zaur Kostiyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov