21 Noyabr 2019 14:20
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 6-cı polis bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib, 7000 manat pul tələb edərək “Mercedes” markalı avtomobilə oturdub, evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Yusifov, R.Əliyev, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Dadaşzadə və Şərur rayon sakini Əmrah Nağıyev saxlanılıb, şəxsiyyətləri müəyyən edilmiş daha 2 nəfərin tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov