Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən hər üç tələbə qızın ötən gün axşam saatlarında yüksək hərarət və baş ağrısı ilə təcili tibbi yardıma müraciət tdikləri məlum olub.
Hadisə yerinə gələn həkim qızlara ilkin tibbi yardım göstərərək onlara iynə vurub.
Təcili yardımın işçiləri hər üç tələbəni xəstəxanaya aparmaq istəsələr də, tələbələr müalicələrini ev şəraitində almaq istədiklərindən hospitalizasiyadan imtina ediblər. Belə olan halda həkimlər getməli olublar.
Hər üç qız eyni otaqda qalırmış.
Qeyd edək ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Xasmətova Şəkər dünyasını dəyişib. Digər iki tələbənin- 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının müalicəsi hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə davam edir. Dilrubənin vəziyyəti ağır olaraq qalır. /Report/