22 Noyabr 2019 15:38
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.
7-ci polis bölməsinə müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığı bildirib.

7-ci polis bölməsi və Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı 7-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov