25 Noyabr 2019 15:00
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub və idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobilə dəyib.

Nəticədə A.Musayev hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov