26 Noyabr 2019 09:32
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəm qazından zəhərlənənlər Xəzər Universitetinin tələbələridir.

Tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər:

"Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.

Digər iki qız müalicələrini davam etdirir.


Müəllif: Teleqraf.com