26 Noyabr 2019 10:22
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda oğurluq edən şəxslər saxlanılıb

Teleqraf.com xəbər verir ki, MMC-lərdən birinin direktoru Göyçay rayon polis şöbəsinə müraciət edərək 650 metr uzunluğu olan aliminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciətlə əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri A.Abdullayev, Y.Atayev və A.Abdurahmanov olduqları müəyyən olunub.
Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov