Tovuz rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, rayonun Bayramlı kəndi ərazisində kənd sakini Ə.Alıyevin ailə-məişət münaqişəsi zəminində tüfəngdən havaya 1 dəfə atəş açması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Dərhal Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Alıyev saxlanılmış, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.
Ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.